Moldovanın keçmiş prezidenti ilə bağlı tələb təsdiqləndi

Moldovanın keçmiş prezidenti ilə bağlı tələb təsdiqləndi

Kişinyov Apellyasiya Məhkəməsi Moldovanın keçmiş Prezidenti İqor Dodonun ev dustaqlığının müddətini oktyabrın 21-dək uzadıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Nikolay Posturusu məlumat verib.

“Apellyasiya Məhkəməsi prokurorların həbs müddətinin 30 sutka, yəni oktyabrın 21-dək uzadılması tələbini təsdiqləyib”, - vəkil bildirib.

Xatırladaq ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb. Bu ittihamları təkzib edən eks-prezident təqsirsizliyinə dair sübutların olduğunu bildirib.(report)