“Niyə də yox? Alınsa, əla olar, alınmasa da...”

“Niyə də yox? Alınsa, əla olar, alınmasa da...”

Azərbaycankomandası UEFA Millətlər Liqası qrup mərhələsinin son turunun oyununda Bakıda Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, yığmamızın müdafiəçisi Bəhlul Mustafazadə bu haqda sualları cavablandırıb:

- Son üç oyunda qələbə qazandığımız üçün xoşbəxtik. Bunun davamlı olmağını istəyirik. Hər üç matçda da əlimizdən gələni etdik. Amma B Divizionuna yüksələ bilmədiyimizə görə çox məyusuq. Düşünürəm ki, bunu bacara bilərdik. Qazaxıstanla səfər oyununun ilk hissəsində çox yaxşı oynamışdıq. Təəssüf ki, ikinci hissədə qol buraxdıq. Son üç oyundakı qələbələri davamlı etməyə çalışacağıq.

- Türkiyə, Yunanıstan kimi komandalardan hansısa seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazanarsa, bizim üçün şans yarana bilər...

- Əgər şans varsa, niyə də yox? Alınsa, əla olar. Alınmasa da, bu qələbə seriyasını davam etdirməyə çalışacağıq.

- Millidə qələbə əzminin yükləsdiyini düşünürsən?

- Əlbəttə. Motivasiyamız çox yüksəkdir.