Apple yeni nəsil büdcəli "iPhone" hazırlayır

Apple yeni nəsil büdcəli "iPhone" hazırlayır

“Apple” “iPhone SE 4”ü buraxmağı planlaşdırır, bu da ölçüləri baxımından əsas xəttdən “çıxmış” modelə uyğundur.

Lent.az xəbər verir ki, bu barədə Çinin “My Drivers” nəşri məlumat yayıb.

Jurnalistlərin fikrincə, yeni “Apple” smartfonu əvvəlki “SE” versiyaları kimi tək kamera modulu, həmçinin “Face ID” bloku olmayan ekran alacaq. Eyni zamanda, displeydə ön kameranın gizlənəcəyi bir kəsik olacaq. Cihazın kilidini açmaq üçün korpusun yan panelinə quraşdırılmış barmaq izi skaneri istifadə olunacaq.

“iPhone SE 4”-ün gələn ilin yazında bazara çıxacağı gözlənilir. Satışların başlanğıcında yeni əşyaların qiyməti təxminən 500 dollar olacaq.