Azərbaycan Texniki Universitetinə Almaniyadan müəllim DƏVƏT OLUNUB - FOTO 

Azərbaycan Texniki Universitetinə Almaniyadan müəllim DƏVƏT OLUNUB - FOTO 

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə Almaniyadan dəvət olunan Klaudio Kasperl Azərbaycan Texniki Universitetində (AzTU) alman dilini tədris edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə AzTU-nun məlumatında bildirilib.

Bildirilib ki, iki il ərzində Xarici dillər kafedrasında fəaliyyət göstərəcək Klaudio Kasperl alman dilinin tədrisi ilə yanaşı, DAAD-ın proqramları barədə məlumatlandırma və təşviq işlərini də həyata keçirəcək. Qeyd edək ki, Klaudio Kasperl hazırda AzTU-da bakalavriat səviyyəsində 3 qrupda alman dilinin tədrisinə başlayıb. O, həmçinin Xarici dillər kafedrasının müəllimləri və alman dili üzrə baza bilikləri olan əməkdaşlar üçün danışıq kursları təşkil edir.

Bizim.Media