"Zelenskinin bəyanatları dünya müharibəsinə başlamaq çağırışıdır"

"Zelenskinin bəyanatları dünya müharibəsinə başlamaq çağırışıdır"

Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatlarının narahatlıq doğurduğunu bildirib və bunların dünya müharibəsinə başlamaq çağırışından başqa bir şey olmadığını bildirib. SİA xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “NATO Rusiyaya qarşı qabaqlayıcı hücuma keçməlidir” ifadələrini “dünya müharibəsinə başlamaq çağırışı” kimi qiymətləndirib.

Peskov Zelenskinin Rusiya xəbər agentliyi "RİA Novosti"yə verdiyi açıqlamaları dəyərləndirib. Beynəlxalq ictimaiyyətin sözügedən bəyanatlara reaksiyasız qalmaması lazım olduğunu bildirən Peskov, “Belə bəyanatlar gözlənilməz və dəhşətli nəticələri olan yeni bir dünya müharibəsinə başlamaq çağırışından başqa bir şey deyil” dedi. ABŞ, Böyük Britaniya və Avropa Birliyinin bu bəyanatlara diqqət yetirməsi lazım olduğunu vurğulayan Peskov, "Bu ölkələr faktiki olaraq Ukraynanı istiqamətləndirir və sona qədər müdafiə edəcəyini deyirlər. Ona görə də bu şəxs (Zelenski) və onun administrasiyası hərəkətlərinə görə məsuliyyət daşıyırlar"- deyə Peskov bildirib.

Zelenski deyib ki, “Rusiyanın nüvə silahından istifadə ehtimalını aradan qaldırmaq üçün NATO Rusiyaya qarşı qabaqlayıcı zərbə endirməlidir”.