ABŞ və Cənubi Koreya birgə təlimlərə başlayıb

ABŞ və Cənubi Koreya birgə təlimlərə başlayıb

ABŞ və Koreya Respublikası hərbçiləri ikigünlük birgə dəniz təlimlərinə başlayıblar.

APA-nın Yonhap agentliyinə istinadla xəbərinə görə, bu barədə Koreya Respublikası SQ Baş Qərargahı məlumat yayıb.

“Biz Şimali Koreyanın təxribatlarına cavab olaraq hərbi potensialımızı və döyüş qabiliyyətimizi yüksəltməyə davam edirik” – deyə məlumatda bildirilir.

Yapon dənizində keçirilən manevrlərdə müxtəlif tip hərbi gəmilər iştirak edir.