NATO-nun Baş katibi Monteneqroya dəstəyini ifadə edib

NATO-nun Baş katibi Monteneqroya dəstəyini ifadə edib

NATO-nun Baş katibi Yens Stoltenberq Monteneqroya dəstək mesajı göndərib.

AZƏRTAC xəbər verir ki, Y.Stoltenberq son dövrlərdə Monteneqronun casusluq fəaliyyətləri və qeyri-sabitlik yaradan digər zərərli addımların hədəfində olduğunu deyib. O, NATO-nun müttəfiqi Monteneqronun yanında olduğunu vurğulayıb.

Y.Stoltenberq bildirib ki, Qərbi Balkan regionu NATO üçün strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, ötən müddətdə Monteneqroda hökumət saytlarına ölkə tarixində indiyədək təşkil edilən ən mürəkkəb kiberhücum cəhdləri olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa