Pentaqon: “Şimali Koreya nüvə sınağı keçirməyə hazırlaşır”

Pentaqon: “Şimali Koreya nüvə sınağı keçirməyə hazırlaşır”

“Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə sınağı keçirməyə hazırlaşır”.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder brifinq zamanı bildirib.

Pentaqon rəsmisi sınağın dəqiq vaxtının məlum olmadığının vurğulayıb: “Biz inanırıq ki, Koreya Xalq Demokratik Respublikası nüvə sınağı keçirməyə hazırlaşır. Bununla belə, bunun nə vaxt baş tutacağı barədə spekulyasiya etməzdim”.

Qeyd edək ki, Şimali Koreya oktyabrın 4-də daha bir ballistik raket buraxıb. Şimali Koreyanın Caqanq vilayətində yerli vaxtla səhər 7:23-də buraxılan ortamənzilli ballistik raket təxminən 970 kilometr hündürlüyə qalxaraq 4500 kilometr məsafə qət edib. Bildirilib ki, raket Yaponiya üzərindən uçub keçib. Bu, son 10 gündə Şimali Koreyanın 5-ci və ən böyük raket buraxılışıdır.