“Unibank”a cərimə protokolu yazıldı

“Unibank”a cərimə protokolu yazıldı

“Unibank” ASC barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmə iclası oktyabrın 11-nə təyin edilib.

Kamal Məmmədov