Məşhur şirkət cərimələndi

Məşhur şirkət cərimələndi

"Nurgün Motors" MMC barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə cərimə protokolu yazılıb.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatına verilib. Məhkəmə iclası oktyabrın 13-nə təyin edilib.

Xatırlatma: Daha əvvəl "Nurgün Motors" MMC barəsində eyni xətai il bağlı bir neçə dəfə cərimə protokolu yazılıb.

Kamal Məmmədov