“Getir”in Azərbaycan bazarında təmsil olunması müzakirə edildi

“Getir”in Azərbaycan bazarında təmsil olunması müzakirə edildi

İstanbulda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Getir” şirkətinin baş icraçı direktoru Hatice Evren ilə görüşüb.

Marja xəbər verir ki, görüşdə şirkətin Azərbaycan bazarında təmsil olunması və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Türkiyənin "Getir" kuryer şirkəti ehtiyac olan məhsulları 10 dəqiqə ərzində ünvana çatdırmağı məqsəd qoyur.