Premyer Liqa: "Zirə" "Şamaxı"nı qəbul edəcək

Premyer Liqa: "Zirə" "Şamaxı"nı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

13 xalla 5-ci pillədə qərarlaşan "Zirə" 2 xalla sonuncu - 10-cu sırada yer alan "Şamaxı"nı qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 27 dəfə üz-üzə gəliblər. Bunların 10-da "qartallar" 6-da isə qonaqlar qələbə qazanıb. Topların nisbətində də paytaxt təmsilçisi üstündür - 33:27.

"Zirə" Premyer Liqadakı son 8 qarşılaşmada rəqibinə uduzmayıb. "Şamaxı" isə ardıcıl 5 görüşdə qol vurmayıb.

Azərbaycan Premyer Liqası
IX tur
7 oktyabr (cümə)

17:30. “Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, IX turun "Səbail" - "Sumqayıt", "Neftçi" - "Turan Tovuz" matçları oktyabrın 8-də, "Qəbələ" - "Qarabağ", "Sabah" - "Kəpəz" görüşləri isə oktyabrın 9-da olacaq.