“Ermənistan sülh müqaviləsini imzalamasa, siyasi dalandan çıxa bilməz” - FAKT BUDUR!

“Ermənistan sülh müqaviləsini imzalamasa, siyasi dalandan çıxa bilməz” - FAKT BUDUR!


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deputatların suallarını cavablandırıb. A.Mirzoyan rəsmi İrəvanın Azərbayacının sülh müqaviləsi ilə bağlı yeni təkliflərini nəzərdən keçirdiyini deyib. Nazir diqqətə çatdırıb ki,rəsmi Bakının təklif etdiyi 5 bənddə Ermənistan üçün qəbuledilməz heç nə yoxdur.
DİA.AZ-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu barədə “Sherg.az”a danışarkən bildirib ki, Azərbaycanın Ermənistana təklif etdiyi beş prinsip BMT nizamnaməsinin əvvəlcədən qəbul olunan on əsas prinsipinin birinci beşliyinə daxildir:

“Ölkələrin ərazi bütövlüyü, sərhədlərin tanınması, dövlətlərin bir-birinin daxili işinə qarışmaması, bir-birinə qarşı zor tətbiq etməməsi məsələsi də dünya tərəfindən qəbul edilən prinsiplərdir. Paşinyan bunu Mirzoyandan öncə qəbul edib. Təbii ki, bu təklif olunan beş bənddə Azərbaycan üçün olan ən əsas məsələ ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Beynəlxalq hüquq da bunu dəstəklədiyi üçün Ermənistanın qəbul etməkdən başqa yolu yoxdur.

Digər tərəfdən rəsmi İrəvan indi elə bir vəziyyətdədir ki, Azərbaycana şərt qoya bilmir. Bütün müzakirələrdə şərtləri həmişə qalib tərəf müəyyənləşdirir. Məğlub tərəfin həmin şərtlərlə razılaşır ya yox bu, onun problemidir. Ermənistan tərəfi razılaşmamaq variantını bir neçə dəfə yoxlasa da, bir şey alınmadı”.

Ekspertin sözlərinə görə, hadisələrin gedişi artıq Ermənistan çıxılmaz bir dalana girdiyini göstərir və rəsmi İrəvan sülh müqaviləsini imzalamasa, həmin dalandan çıxa bilməz:

“Azərbaycan tərəfi onu siyasi bir çıxmaza salıb. Sülh müqaviləsində təbii ki, ölkələrin ərazi bütövlüyü, sərhədlərin delimitasiyası və demarkasiyası gündəmə gəlir.

Ermənistan siyasi rəhbərliyi digər dövlətlərlə münasibətlərində vahid mövqeyə malik olmadığına görə, indi Avropa İttifaqı onu bu məsələni yekunlaşdırmağa məcbur edir. İndiki halda sülh müqaviləsinin ilkin variantının ilin sonuna qədər hazırlanması gözləniləndir".