Naxçıvanda daha bir ƏCAİB QADAĞA İŞƏ DÜŞDÜ

 Naxçıvanda daha bir ƏCAİB QADAĞA İŞƏ DÜŞDÜ


Naxçıvan şəhərində iaşə obyektlərinin, mağaza və marketlərin, poçtların və s. qarşısında avtomobil saxlamaq qadağan olunub. Baxmayaraq ki, həmin ərazilərdə saxlamağı qadağan edən yol işarəsi qoyulmayıb. Sakinlər bildirir ki, bu işləri nizama salmaq üçün hər obyektin qarşısına iki əli dəyənəkli pols əməkdaşı cəlb olunub. Alış-veriş üçün Naxçıvan şəhərinə tez-tez yolu düşən Şərur rayon sakini Murad Hacıyev deyir ki, xüsusi park yeri olmadığından, avtomobilini harada saxlayacağını bilmir:
“Sanki gestapo rejimidir. Hər obyektin qarşısına polislər təhkim edilib. Dükandan alış-veriş üçün avtomobili saxlayan kimi fit səsi gəlir. Dərhal obyektə təhkim olunmuş plislər əlində dəyənək üstünə yüyürür ki,”saxlama, sür get!” Saxlamağı qadağan edən yol işarəsi də yoxdur. Ətrafda avtomobil saxlamaq üçün xüsusi yerlər də ayırılmayıb. Haradasa məhəllə içərisində yer tapıb saxlamalısan. Tapa bilməyəndə bəzən alış-veriş etdiyin əşyaları əlində uzaq məsafəyə, təxminən 1 kilometr daşımalısan”.
Başqa bir şikayətçi Şəfayət Məhərrəmov deyir ki, şəhərdə hansısa yeməkxanaya, çayxanaya girmək istəyərkən də avtomobilə yer tapmaq müşkül olur:
“Əvvəllər belə qayda yox idi. Rəşad İsmayılov nazır təyin olunandan bu qayda qoyulub. Etiraz da etmək olmur. Çünki, başağrısına çevrilir. Ya cərimələyəcəklər, ya da polisə müqavimət adı qoyub, tutacaqlar. Deyirlər ki, gərək yol kənarında heç bir maşın görsənməyə. Görsənməməsi üçün xüsusi yerlər olmalıdır ki, camaat avtomobilini saxlasın. Buna da şərait yaratmayıblar. Binaların həyətində də hər zaman avtomobil saxlamağa yer tapmaq çətin olur".

“Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan prosesi dəstəkləyir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında olan normallaşma prosesi və Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi bir-birini tamamlayacaq proseslərdir, bütövlükdə regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərə biləcək haldır.