Tərtərdə İcra başçısının sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib

Tərtərdə İcra başçısının sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib

DİA.AZ: - Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilənövbəti Aparat müşavirəsi keçirilib.DİA.AZ xəbər verir ki, aparatın məsul əməkdaşlarının, idarə, müəssə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrininvə bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrundacanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Müşavirədə əsasən şəhid ailələri və qazilərin problem və sosial qayğılarına həssaslıqlayanaşılması, onların problemlərinin operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi,Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlilliyi təsdiq edilmiş qazilərin sosial rifahınınyaxşılaşdırılması üçün bələdiyyələr tərəfindən şəhid və qazi ailələrinin 1 hektar torpaq sahəsi ilətəmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sisteməişlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, son tamamlama işlərininaparılması, pambıq toplanışı, rayon ərazisində dövlət atributlarının düzgün yerləşdirilməsiqaydalarına riayət olunması, rayonun yaşayış məntəqələrində təmizlik və səliqə-sahman işlərininaparılması, rayon mərkəzində telekommunikasiya xətlərinin səliqəyə salınması, vətəndaşmüraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, yerlərdə qəbullar zamanıvətəndaş-məmur münasibətlərində vətəndaş məmnunluğunun təmin edilməsi və digər məsələlərləbağlı müzakirələr olub.Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti idarə, təşkilat rəhbərlərinə,inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə müvafiq tapşırıq və tövsiyyələrverilib.