Twitter-in Maska qarşı məhkəmə iddiası dayandırılıb

Twitter-in Maska qarşı məhkəmə iddiası dayandırılıb

Twitter-in Tesla və SpaceX şirkətlərinin Baş direktoru İlon Maska qarşı iddiasını icra edən hakim, 44 milyard dollarlıq satınalma müqaviləsinin oktyabrın 28-dək tamamlana bilməsi üçün işi dayandırmağa qərar verib.

Marja xarici mətbuata istinadən xəbər verir ki, satınalma bu tarixə qədər tamamlanmazsa, noyabr ayında yeni bir məhkəmə tarixi müəyyən olunacaq.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

İşin dayandırılmasını tələb edən Mask, cümə axşamı məhkəmədə bankların sövdələşməni maliyyələşdirməyə çalışdığını, lakin ona daha çox vaxt lazım olduğunu söyləyib.

Satmaqdan imtina etdiyi üçün məhkəməyə verilib

İyulun 8-də Elon Musk bir çox müddəaların pozulduğunu əsas gətirərək Twitter-i almaq müqaviləsini ləğv etdiyini açıqlayıb. Maskın vəkilləri verdiyi açıqlamada, Twitter-in platformadakı saxta və ya spam hesabları ilə bağlı bir çox məlumat sorğusuna cavab vermədiyini və ya cavab verməkdən imtina etdiyini bildiriblər ki, bu da şirkətin biznes fəaliyyəti üçün vacibdir.

Twitter isə sövdələşməni ləğv etdiyi üçün Maskı məhkəməyə verib və məhkəmə iclasının oktyabrın 17-də keçiriləcəyi gözlənilirdi.

Mask, Twitter-ə 44 milyard dollarlıq alış sövdələşməsini tamamlamaq üçün ilkin qiymət ilə yenidən təklif göndərib.