Fobiya qorxunun ən ağır formasıdır

Fobiya qorxunun ən ağır formasıdır

“Fobiya qorxunun ən ağır formasıdır. Qorxular hər bir insanın həyatında mövcuddur. Qorxuların olmaması, insanın heç nədən qorxmaması özünü təhlükəyə atması, psixoloji və fizioloji olaraq zədə almasına gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, buna görə də həyatımızda müəyyən dərəcədə qorxuların olması lazımdır: “Amma təbii ki, bu da həddində olmalıdır. Çünki həddini aşmış qorxular artıq fobiyalara keçir.

Həm spesifik, həm də ümumi qorxular var. Bəzən insanlar nədənsə qorxurlar və onu beyinlərində faicələşdirirlər. Məsələn, adi bir lələk, tükdən, yəni hər hansı bir zərəri olmayan bir şeydən qorxurlarsa, bu, artıq fobiyadır. Fobiyalar insan həyatına mənfi təsir göstərir. Buna genetik səbəblər, uşaqlıqda yaşadığı travmalar da aiddir. Bundan xilas olmaq üçün əgər psixiki vəziyyəti tam yerində olan insandırsa, o zaman, sadəcə, psixoloji dəstəklə bu problemdən qurtula bilir. Eyni zamanda, qorxunun mənbəyini tapdıqda da bundan qurtulmaq mümkündür. Əks təqdirdə isə, mütləq şəkildə nevropatoloq, psixiatr və psixoloqun köməyindən istifadə etmək vacibdir”.