İnvestordan böyük ianə

İnvestordan böyük ianə

Uorren Baffet (Warren Buffet), mərhum həyat yoldaşının adını daşıyan təşkilat da daxil olmaqla, xeyriyyə təşkilatları üçün 758 milyon dollardan çox dəyəri olan "Berkshire Hathaway Inc" şirkəti səhmlərini bağışlayıb.

Marja.az xəbər çərşənbə günü Baffett "Susan Thompson Buffett" Fonduna 1,5 milyon B kateqoriyalı səhm və "Sherwood" fonduna, "Howard G. Buffett" fonduna ve "NoVo" fonduna 300 min səhm bağışlayıb.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Buffet ianəni A kateqoriyalı 1600 səhmi 2,4 milyon B kateqoriyalı səhmə çevirdikdən sonra edib.

Bloomberg Milyarderlər İndeksinə görə, 92 yaşlı Baffet 110,4 milyard dollar sərvəti ilə dünyanın altıncı ən varlı adamıdır. Baffet bu il 1,5 milyard dollar qazanıb. Reytinqdə olan milyarderlərin əksəriyyətinin xalis sərvəti bazar qarışıqlığı fonunda azalıb.

2010-cu ildə Warren Buffet sərvətinin 99 faizini bağışlayacağını bildirib. Buffet artıq 32 milyard dollardan çox Berkshire səhmini Bill & Melinda Gates Fonduna verib.