İlber Ortaylı koronavirusa yoluxub

İlber Ortaylı koronavirusa yoluxub

Məşhur türkiyəli tarixçi alim İlber Ortaylı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Osmaniyə Bələdiyyə sədri Kadir Kara məlumat yayıb.

O, alimin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxdığını və bu səbəbdən, Osmaniyedə planlaşdırılan konfransın müddətinin bir həftə təxirə salındığını vurğulayıb.