Gənc qanalı Neymada meydan oxudu

Gənc qanalı Neymada meydan oxudu

Qana millisinin 22 yaşlı yarımmüdafiəçisi Məhəmməd Kudus iddialı açıqlama verib.

Hazırda “Ayaks”ın formasını geyinən 22 yaşı futbolçu özünü braziliyalı ulduz Neymarla müqayisə edib.

Kudus hətta özünü Neymardan güclü hesab edib: “Neymar məndən yaxşı deyil. Sadəcə olaraq, onun daha yüksək statusu var. Mənə baxanda çox nailiyyətlər qazandığı üçün daha yaxşı hesab olunur. Amma tezliklə ona çatacağam”.

Qeyd edək ki, Qana yığması Qətərdə keçirilən dünya çempionatında ilk oyununu bu gün Portuqaliyaya qarşı keçirəcək.