İlon Maskdan Twitter-lə bağlı yeni xəbər

İlon Maskdan Twitter-lə bağlı yeni xəbər

Twitter-in yeni sahibi, amerikalı sahibkar İlon Mask sosial şəbəkənin sürətinin artdığını açıqlayıb. Milyarderin sözlərinə görə, dəyişikliklər ABŞ-dan uzaqda yaşayan istifadəçilər üçün xüsusilə nəzərə çarpacaq.

XəzərNews.az xəbər verir ki, İlon Mask 27 oktyabrda Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlaıy. Bundan dərhal sonra iş adamı sosial şəbəkənin əsas top-menecerlərini işdən çıxarıb və işçilərini təxminən 7500-dən 2750-yə endirib, qalanlara isə uzaqdan işləməyi qadağan edib.

Bu həftənin əvvəlində isə o, kütləvi şəkildə ixtisar etməyi düşündüyünü bildirib.

The New York Times-ın məlumatına görə, platformanın ABŞ-dakı üç əsas məlumat mərkəzindən biri bağlana bilər. Bu, Kaliforniyanın Sakramento şəhərində yerləşən SMF1 məlumat mərkəzidir.

Yusif
XəzərNews.az