“Rusiya bir gündə 70-ə yaxın raket hücumu həyata keçirib” – Zelenski

“Rusiya bir gündə 70-ə yaxın raket hücumu həyata keçirib” –  Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski BMT Təhlükəsizlik Şurasında videokonfrans vasitəsilə etdiyi çıxışında Rusiyaya qarşı sərt reaksiya gözlədiyini bildirib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir gündə 70-ə yaxın raket hücumu həyata keçirildiyini deyən Zelenski, “Daha bir raket hücumu Zaporojye vilayətində, xəstəxanada, doğuş otağının yerləşdiyi binalarda həyata keçirilib. Rusiyalı terrorçular körpənin həyatına son qoydular, o, rus raketi ilə öldürüləndə 2 günlük idi. Vışqorod şəhərində yaşayış binası vuruldu, 35 nəfər yaralandı, 4 nəfər öldü. Bu raketlər Rusiyanın terror formulunun əsas məqamlarından biridir. Cəmi bir gündə 70-ə yaxın raket bizim enerji infrastrukturumuzu hədəfə aldı” - əlavə edib.