Müasir dünya iqtisadiyyatını fəth edən iş adamı kimdir?

Müasir dünya iqtisadiyyatını fəth edən iş adamı kimdir?

Yaponiyanın ən zəngin adamının paltar pərakəndə sahəsində ən zəngin adam olmaq şansı var.Tadasi necə milyarder olmaq şansını əldən verə bilərdi?

Bütün Yaponlar kimi, Tadasi Yanai çox işləyir, amma avqustun sonunda həmişə bir neçə həftə ara verərərək Havayi adalarına gedir. Softbank və Nippon Venture Fondunun İdarə Heyətində olan ən zəngin adam, 1970-ci illərdə hippi hərəkatını bəyənirdi və ciddi olaraq heç vaxt işləməyəcəyini düşünürdü. Ancaq güclü Yapon təhsili hər şeyi dəyişdi: kişi butiklərinin kiçik bir şəbəkəsini Ogori Shoji qurucusu olan Tadasinin atası, oğlunun nüfuzlu Vaseda Universitetində təhsil alması üçün ödəniş edib.

Böyük Yanai oğlunun ailə biznesini davam etdirməsini tələb edib. Tadashi istəksizcə razılığa gəlib və sabotaj təşkil etməyə çalışıb. 1972-ci ildə bir mağazada işə başlayıb, bir neçə ay içərisində yeddi işçi gənc rəhbərin davranışına dözməyərək işdən çıxıblar. Ata oğlunu cəzalandırmayıb, bununla yanaşı yeni insanları işə götürməyə icazə verməyib. Tadasi bütün işləri özü üzərinə götürmək məcburiyyətində qalıb: kassanın yanında dayanmaq, kostyumları təmizləmək, döşəmələri yumaq. Bu ona təvazökarlığı öyrədib.

İlk addımlar yanlış idi. İstehsalat meneceri Yoshihiro Kunia sözlərinə görə şirkət, ilk mağazalarını şəhərətrafında açdı və keyfiyyət yox, daha çox ucuz qiymət haqqında düşünürdü. Buna görə də, Yaponiyada, Uniqlonu hələdə bir diskaunt reputasiyası təqib edir.
Sıfırın başında Yanai texnoloji kömək ilə imicini dəyişdirməyə çalışdı. Yapon kimyəvi şirkəti Toray ilə(xəstəxana üçün anti-infeksion kostyum və aviasiya üçün karbon lif istehsal edən şirkət) birlikdə Uniqlo isti paltarlar hazırlamağa başladı. Daha sonra şirkət daha tez quruyan və adi paltarlardan fərqli olaraq yaxşı hava buraxan bir paltar xətti buraxdılar. İsti havalarda bu paltar xətti daha yaxşı satılır.

Bu gün Uniqlo-nun bütün dünyada 2000 mağazası var.Yaponiyada Uniqlo-nun 1000 nöqtəsi var və bu mağazalarda 127 min işçi ordusu var. Tokioda Uniqlo 12 mərtəbəli binanı tutur. Amerika markası Gap-ın ABŞ-da 2500 mağazası var. Yəni, 130 min nəfərlik bir mağaza. Markanın məhdud minimalizmi bütün Asiyada sevilir, şəbəkə mağazalarının dörddə üçü bu bölgədə yerləşir. Çində, marka artıq üç ildir ki ard-arda online fashion –pərakəndəçilikdə liderliyini qoruyur.

Qərb bazarları da çətinliklə Uniqlo-nun təsirinə düşdülər. Yanai qitənin başqa bir hissəsinə getməyə 2001-ci ildə Londondan başladı. İngiltərədə bu materialdan olan geyimə böyük tələbat var idi. İki il ərzində ölkədə markanın 20 böyük mağazası açılıb. Lakin 2003-cü ildə onlardan 16-sı bağlanıb. İngilislər sıxıcı Yapon paltarlarıni niyə almalı olduqlarını başa düşmürdülər.

Avropa və Amerika modaçıları şikayət edirlər: Uniqloya adi bir ağ köynək və ya yaxşı bir paltar almaq üçün gəlmək olar, ancaq markanın əsl moda ilə heç bir əlaqəsi yoxdur. Mövsüm dəyişir, amma çeşidi eynidır: Misir pambığından toplar, klassik şalvar və rəngsiz monoxrom köynəklər. Əsas rəqib, moda əşyaların demokratik nüsxələrini buraxan nəhəng pərakəndə Inditexdir, Yapon şirkəti isə adi insanlar üçün adi geyimlər edir. Uniqlo prinsipi: səhərlər tərəddüd etmədən və mümkün qədər tez geyinə bilməkdir.

Yaponiyalı Uniqlo Fransanı necə fəth etdi? İngilis bazarında yanmış Uniqlo, digər ölkələrdə çox yavaş və dəqiq mağazaların açılışını etməyə başlayır: məsələn, Belçikada onun üç mağazası var, Inditex vətəni İspaniyada isə yalnız iki. Yenə risk edərək Yanai 2006-cı ildə ABŞ-da ilk mağazasını açdı: Manhattan-Sohonun ən şık sahələrinin birində Uniqlo butiki. O zaman analitiklər Yapon minimalizminin ərköyün amerikalı boqemalarına yeni bir şey təklif edə biləcəyinə şübhə edirdilər. Lakin, 89 dollarlıq kaşmir djemperlər ilk qışda amerikalıları fəth etdi. Bu gün, Uniqlo-nun ABŞ-da 50-dən çox mağazası var, marka üçün ən sürətli böyüyən bazarlardan biridir. Amma ən sürətli deyil. Yanai, Avropada Asiyadaki kimi minimalizmi deyil,zərifliyin təşviq edilməsi lazım olduğunu anladı. Paris stilinin mifi – sadəcə, ehtiyatla geyinmək qabiliyyəti, lakin böyük zövqlə – dünyadakı alıcıları sevindirir və bunda qazanmaq çox sadədir. 2005-ci ildə Fast Retailing, ilk növbədə iki Fransız markasını almışdır: böyülükdə Fransada ikinci olan Prinses Tam alt geyimləri və məhsulu Yaponiya markasına çox oxşayan Comptoir des Cotonniers brendi.
Uniqlonun ilk mağazası 2007-ci ildə Parisdə açılmış və indi Fransa Uniqlonun bütün Avropa mağazalarının yarısına sahibdir – 26. Bütün Avropa bazarı indi markanın gəlirinin 4% -ni təşkil edir. Bir çox Fransız nöqtələri Paris Opéra və ya Bazar del ‘Hôtel de Ville və Paris Printemps lüks şöbələri kimi moda yerlərində yerləşir. 30 avroluq köynəklər Gucci, Hermes, Christian Lacroix-dən olan əşyalarla bir yerdədir.

Uniqlo 2016-cı ildən bəri müntəzəm olaraq Fransız dizaynerləri və moda evləri ilə birgə kolleksiyalar istehsal edir. Məsələn Yapon markası, Hermesin keçmiş dizayneri Christopher Lemer, Fransız Vogue-nin eks-başcısı Karin Roitfeld və dizayner İnes de la Fressanqın əməkdaşlıq edib. Dizayner kolleksiyalarından olan əşyalar məhdud miqdarda buraxılır, onların reklamı isə ən böyük Qərb mediasıda da daxil olmaqla təqdimatdan bir neçə ay əvvəl başlayır.

Rusiya Yapon markasına necə kömək etdi? Rusiya bazarında Yapon marka 2010-ci ildə çıxıb, lakin modaya minimalizm gələndən sonra son bir neçə ildə inkişaf edib. Əgər 2015-ci ildə Rusiyanın payına Uniqlonun qlobal satışından təxminən 2% -i gəlirdisə ,bu, 2020-ci ildə 7-8% artacaq. 2017-ci il ərzində şirkət dörd rus şəhərini mənimsəmiş və Uniqlonun mağaza sayı Rusiyada digər Avropa ölkələrini qabaqlayıb. Sentyabr 2017-ci ildə Mitsubishi Corporation ölkədə miqyaslama daha sürətli getsin deyə Uniqlonun Rusyadaki səhmlərinin 25% alıb. Nəhayət, Rusyadaki yaxşı nəticələrə görə Uniqlo Avropadakı satış mənzərəsini düzəldə bilib və tarixdə ilk dəfə daxili bazara nisbətən xarici bazarda daha çox mənfəət əldə edib.
Rusyada və Fransadaki uğurlarından sonra şirkət cəsarətini toplayaraq 2018-ci ilin avqust ayında ən böyük rəqiblərindən biri olan H&M-in ərazisi olan İsveçrəyə daxil olub. Mağazanın açılışına Stokholmda bir çox ultra -yüngül kurtka almaq istəyən 1000-dən çox adam gəlib.
Bu gün şirkətin əməliyyat gəlirləri təxminən ildən- ilə 30% artır. Holdinqin satış həcmi təxmini $ 18.2 milyarddır, və onların 70% Uniqloya məxsusdur: marka artıq $ 7,5 milyard qiymətləndirilmə ilə dünyanın ən bahalı brend siyahısına daxil olub. Ola bilər indi Tadasi Yanai özünə daha uzun müddətli bir məzuniyyət verə bildi.

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az