Göz ana dilində və xarici dildə olan mətnə fərqli reaksiya verirmiş –TƏDQİQAT

Göz ana dilində və xarici dildə olan mətnə fərqli reaksiya verirmiş –TƏDQİQAT

İnsan gözü ana dilində və xarici dildə olan mətnlərə müxtəlif reaksiya verir.

AzEdu.az bildirir ki, bu barədə Nijeqorod Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

Bunu təcrübə zamanı müəyyən ediblər. Təcrübədə göz hərəkətini izləyən aytreker qurğusundan istifadə olunub. Ali məktəbin 19-27 yaşlı tələbələri könüllü olaraq təcrübədə iştirak ediblər. Alimlər gözün qırpma tezliyini, hərəkət amplitudasını, sürətini və tezliyini həmçinin bir nöqtəyə zillənən baxış vaxtı kimi parametrlərini qeydə alıblar.

Bu məlumatları oxucu üçün mətnin subyektiv mürəkkəbliyi ilə müqayisə ediblər.

Məlum olub ki, dil bilmə səviyyəsindəki ən kiçik fərqlər onun göz hərəkətlərinə təsir edir. Bundan əlavə, insan gözləri dili yüksək səviyyədə bilsən də belə, xarici mətnə fərqli reaksiya verir.

Alimlər hesab edirlər ki, onların sistemi avtomatik olaraq insanın dil biliklərini qiymətləndirə biləcək. “Biz hesab edirik ki, göz hərəkətinin parametrləri təbii kontekstdə səlis oxuma əsasında xarici dil bilikləri səviyyəsindəki fərqi müəyyən etməyə imkan verir. Onların köməyi ilə siz oxuduqlarınızla bağlı sual vermədən də keçinə bilərsiniz”, – deyə kiberpsixologiya laboratoriyasının rəhbəri Valeriya Demareva bildirib.

Azpost.info