Azərbaycanda çıxış edən legionerin problemi, görün, nə imiş!

Azərbaycanda çıxış edən legionerin problemi, görün, nə imiş!

«Turan Tovuz»un legioneri Ben-Aziz Daonun sağlıq durumunda ciddi problem yaranıb.

Burkina-fasolu müdafiəçinin 2 aya yaxındır yaşıl sahələrdən uzaq düşməsinin səbəbi də elə budur.

Halbuki ilk vaxtlarda müalicə prosesinin belə uzun zaman alacağı gözlənilmirdi. Ancaq sonrakı müayinələr afrikalı arxa xətt oyunçusunun dizindən aldığı zərbənin əsəb damarlarını zədələdiyini dəqiqləşdirib.

Oktyabrın 1-də «Zirə» ilə keçirilən Premyer Liqanın 8-ci tur matçında sıradan çıxan Daonun diz qapağı indi tez-tez «atır».

Bu, yüngül qaçış zamanı özünü daha çox göstərir. Həkimlər sözügedən legionerin nə vaxt meydana dönəcəyini proqnozlaşdırmağa çətinlik çəkir.

SPORTİNFO.AZ