BDU-da görüş: Tanınmış jurnalist tələbələrin qonağı oldu 

BDU-da görüş: Tanınmış jurnalist tələbələrin qonağı oldu 

Noyabrın 24-də Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının müdiri Aynur Nəsirovanın təşkilatçılığı ilə tanınmış jurnalist, REAL FM-in direktoru Kəmalə Onur fakültənin 2-ci kurs tələbələri ilə görüşüb.

Radio jurnalistikası dərsi çərçivəsində təşkil olunmuş görüşdə çıxış edən fənn müəllimi Aynur Nəsirova qonağı tələbələrə təqdim edib.

Kəmalə Onur rəhbərlik etdiyi radionun fəaliyyətindən, radiojurnalistikadan, eyni zamanda nitq problemlərindən bəhs edib.

Həmçinin qonaq tələbələrin səslərini yoxlayaraq onların nitqindəki problemlərin aradan qaldırılması istiqamətində praktik təlim də keçib.

Həcər ƏMİRASLANLI