ASAPES-də beynəlxalq ekspertlə görüş keçirildi - FOTOLAR

ASAPES-də beynəlxalq ekspertlə görüş keçirildi - FOTOLAR

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və "İnkişaf naminə idman" İctimai Birliyinin (İNİ) tərəfdaş təşkilatların dəstəyi ilə həyata keçirdiyi "Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə"nin Böyük Britaniyadan olan “İnklujin Klub” (The inclusion Club) şirkətinin yaradıcısı və direktoru, inklüziv fiziki fəaliyyət və əlil idmanı üzrə beynəlxalq eksperti Ken Bleklə ASAPES-nin rektoru Fuad Hacıyev və professor-müəllim heyətinin iştirakı ilə görüşü keçirilib.

"Unikal" xəbər verir ki, layihənin rəhbəri, Azərbaycan Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti Natiq Qasımov K.Bleki görüş iştirakçılarına təqdim edib. Daha sonra onun Bakıya səfəri çərçivəsində nəzərdə tutulan işlər və icra planlarının gələcək perspektivləri müzakirə edilib.

Qeyd olunub ki, layihənin icrası inklüziv tədris modulunun hazırlanmasına və həyata keçirilməsi planlaşdırılan adaptiv bədən tərbiyə üzrə bakalavr dərəcəsinin yaradılması işinə öz töhfəsini verəcək. Adaptiv bədən tərbiyəsi bakalavr dərəcəsinin həm nəzəri, həm də praktiki aspektləri də müzakirə olunan məsələlər içərisində yer alıb.

Britaniyalı mütəxəssis görülən işlərin Azərbaycanda inklüziv cəmiyyətin inkişaf prosesinə böyük təkan verəcəyinə inandığını bildirib, Akademiyada yaradılmış mövcud infrastruktur və görülmüş işlərlə tanış olduqdan sonra layihənin işçi qrupu və professor-müəllim heyəti qarşısında təqdimatlarla çıxış edib.