Öldürülən iki günlük körpənin qisası alındı

Öldürülən iki günlük körpənin qisası alındı

Ukrayna hərbçiləri Volnyanskda rusların yenicə doğulmuş uşağı həyatdan qoparan S300 raket sistemini məhv edib.

Editor.az bildirir ki, bu barədə Melitopol meri İvan Fedorov Telegram-da yazıb. “Raşistlər Zaporojye vilayətinin Volnyansk şəhərində körpənin öldürülməsinə görə ilk qisas “qaranquşu”nu aldılar. Qırıcılarımız rus terrorçularının yerli doğum xəstəxanasını atəşə tutduğu S300 raket sistemini məhv ediblər”.

Qeyd edək ki, noyabrın 23-nə keçən gecə işğalçılar Volnyanskdakı xəstəxananı atəşə tutmuşdular. Raket poliklinikanın doğum şöbəsinin ikimərtəbəli binasını dağıtmışdı. Doğum evində yeni doğulmuş – 2 günlük oğlan uşağı dünyasını dəyişmişdi.