Hacıqabulda 3 milyon manata müəssisə tikiləcək – Polad şuruplar istehsal edəcək

Hacıqabulda 3 milyon manata müəssisə tikiləcək – Polad şuruplar istehsal edəcək

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir bildirib ki, ümumi investisiya həcmi 6 mln. ₼-dan çox olan 3 müəssisədə (Absheron Trending MMC, AR Metiz MMC və LV Shipping Caspian MMC) 115 iş yeri yaradılacaq.

Qeyd edək ki, 3 milyon manat investisiya ilə Absheron Trending MMC-nin payına düşür. Şirkət parket, laminat və s. kimi müxtəlif növ taxta məhsullarının istehsalı ilə məşğul olacaq.

AR Metiz MMC şirkəti də eyni həcmdə investisiya ilə müxtəlif növ və ölçüdə polad şuruplar istehsal edəcək müəssisənin inşasına başlayır.

350 min manat investisiya dəyəri ilə LV Shipping Caspian MMC sənaye tullantılarının utilizasiyasını həyata keçirəcək.