Ukrayna  enerji idxalı üçün sistem hazırlayır

Ukrayna  enerji idxalı üçün sistem hazırlayır

Ukrayna Avropadan respublikaya elektrik enerjisi idxalı sistemini inkişaf etdirir.

xəbər verir ki, bu barədə “UNN” nəşri “Ukrenerqo” milli enerji şirkətinin rəhbəri Vladimir Kudritskinin sözlərinə istinadən yazıb.

“Avropa İttifaqının enerji sistemi çətin anda bizə kömək etmək iqtidarındadır və bunu edir. Kommersiya idxalı üçün bu, texniki cəhətdən mümkündür. “Ukrenerqo” 500 MVt, hətta 600 MVt həcmində belə idxal imkanlarını təmin edir”, - deyə o bildirib.

Kudritski həmçinin, qeyd edib ki, bu cür idxalı təmin etmək üçün xüsusi mexanizmlərə ehtiyac var, çünki Avropada elektrik enerjisinin qiyməti Ukraynadan yüksəkdir. Onun sözlərinə görə, bu sistem artıq inkişaf etməyə başlayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl bildirib ki, ölkənin demək olar ki, bütün regionlarında elektrik enerjisi ilə bağlı ciddi problemlər davam edir. Onun sözlərinə görə, vəziyyət ağır olaraq qalır. Ukrayna rəhbəri qeyd edib ki, hər saat elektrik enerjisinə yeni istehlakçılar qoşulur.

Sevinc Tapdıqqızı
Cebhe. info