“Ermənistanda qadınların 45 faizi zorlanmaya məruz qalıb” - Kristinne Qriqoryan

“Ermənistanda qadınların 45 faizi zorlanmaya məruz qalıb” - Kristinne Qriqoryan

Ermənistanda qadınlara qarşı cinsi zorakılıq yüksək həddə çatıb. 2021-ci ildə Ermənistanda 45 faiz qadın cinsi zorakılığa məruz qalıb. Vətəninfo.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Kristinne Qriqoryan bildirib.

“2021-ci ildə qadınlar arasında sorğu keçirilib, nəticədə sorğuda iştirak edən qadınların 10 faizindən çoxu cinsi və fiziki zorakılığa, 32 faizi psixoloji zorakılığa məruz qaldıqlarını etiraf ediblər. Sorğu göstərib ki, xüsusilə 45-50 yaşlı qadınlar cinsi və fiziki zorakılığa məruz qalırlar. Ermənistanda qadınların 45 faizi cinsi zorakılığa məruz qalır”, – deyə hüquq müdafiəçisi Kristinne Qriqoryan bildirib.