Hacıqabul Sənaye Məhəlləsində rezidentlərin sayı 13-ə çatıb

Hacıqabul Sənaye Məhəlləsində rezidentlərin sayı 13-ə çatıb

"Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb. Ümumi investisiya həcmi 6 milyon manatdan çox olan 3 müəssisədə (Absheron Trending MMC, AR Metiz MMC və LV Shipping Caspian MMC) 115 iş yeri yaradılacaq".

Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.