Eldar məktəb açmaq ARZUSUNDADIR - VİDEO 

Eldar məktəb açmaq ARZUSUNDADIR - VİDEO 

Azərbaycana 11 il əvvəl “Avroviziya” sevinci bəxş edən müğənni Eldar Qasımov incəsənət məktəbi açmaq istədiyini deyib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Səhərin səsi” verilişində danışıb.

“İncəsənət mərkəzi açmaq istərdim. Gələcəkdə həmin məktəbi açmaq arzusundayam. Və ya xaricdə məşhur olmuş bir təhsil ocağının yerli franşizasını Bakıda açmaq istərdim”, - deyə Eldar bildirib.

Rəşad Əliyev, Bizim.Media