“Pençe Kılıç” əməliyyatında 326 terrorçu zərərsizləşdirilib

“Pençe Kılıç” əməliyyatında 326 terrorçu zərərsizləşdirilib

“Pençe Kılıç” antiterror əməliyyatı nəticəsində 326 terrorçu zərərsizləşdirilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, əməliyyatın uğurlu şəkildə davam etdiyini də qeyd edib. Akar əlavə edib ki, Türkiyənin məqsədi ölkə daxilində və sərhədləri boyunca terrora son qoymaqdır.