Britaniyanın XİN rəhbəri Ukraynaya getdi

Britaniyanın XİN rəhbəri Ukraynaya getdi

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ukraynaya gedib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN rəhbərinin səfər zamanı Kiyevə qış üçün əlavə yardımın ayrılmasını elan edəcəyi qeyd olunub.

Londonun Ukraynada mühüm infrastrukturun bərpası üçün 3 milyon funt-sterlinq, taxıl transferi proqramı üçün əlavə 5 milyon funt-sterlinq ayıracağı gözlənilir.

Britaniyalı nazirin Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü planlaşdırılır.

Ağarza Elçinoğlu