Şotlandiyada müəllimlər tətil keçirirlər  

Şotlandiyada müəllimlər tətil keçirirlər  

Şotlandiyada orta məktəb müəllimləri tətil keçirirlər.

AzEdu.az xəbər verir ki, Şotlandiyada müəllimlər 1980-ci ildən bəri ilk dəfədir tətil elan edirlər. Məktəblərlə bərabər uşaq bağçalarındakı müəllimlər də tətilə qoşulublar.

Onların tələbləri maaşlarının inflyasiyaya uyğun olaraq artırılmasıdır. Əgər müəllimlər tərəfindən təklif olunan rəqəm qəbul edilməsə yenidən tətil keçiriləcəyi bildirilib.