Yapon nağara ustaları Bakıda möhtəşəm şou göstərib

Yapon nağara ustaları Bakıda möhtəşəm şou göstərib

“Dəniz Mall” ticarət və əyləncə mərkəzində Yapon nağara ustalarının konserti baş tutub.

AZƏRTAC xəbər verir ki, konsertdə Yaponiyanın Şika şəhərindən gələn “Tenyu Şika” qrupunun ənənəvi vadaiko ifaçıları izləyicilərə möhtəşəm şou təqdim ediblər.

Tədbirdə eyni zamanda Xətai rayonu ilə dostluq şəhəri olan, həmçinin 2020-ci il Tokio Olimpiadası və Paralimpiya Oyunlarında Azərbaycan milli komandasına ev sahibliyi etmiş Şika şəhərinin füsunkarlığını təqdim edən stendə nümayiş olunub.