Bu ilin narkotik cinayətləri - STATİSTİKA

Bu ilin narkotik cinayətləri - STATİSTİKA

Bu ilin 10 ayı ərzində Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair hesabtda bildirilib.

Hesabatda qeyd olunub ki, həmin faktlardan 3 181-i narkotik vasitələrin qanunsuz satışı, 5902-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 393-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 88-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 062 kq 984,171 qr və 32918 həb narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin 2 ton 013 kq 364,252 qr-nı heroin, 1 ton 858 kq 236,599 qr-nı marixuana, 280 kq 269,535 qr-nı tiryək, 28 kq 010,544 qr-nı həşiş, 260,95 qr-nı kokain, 143 kq 153,193 qr-nı və 32918 ədəd həb digər narkotik vasitələr və 739 kq 689,098 qr və 2514 ədəd psixotrop maddə təşkil edib.

Həmçinin, göstərilən dövr ərzində 1 kq 808,8 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 80096 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.