“Bank Respublika” ASC Xaçmaz filialı üçün Korporativ bankçılıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək; Bankın korporativ müştərilərinə xidmət etmək; Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq; Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək; Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək; Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək; Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır); Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir; Dil bilikləri: Azərbaycan dili (əla); MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 dekabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Korporativ bankçılıq üzrə mütəxəssis (Xaçmaz) qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.