Avropa ölkələrindən Rusiya neftinin qiymətinə - 62 DOLLARLIQ LİMİT

Avropa ölkələrindən Rusiya neftinin qiymətinə - 62 DOLLARLIQ LİMİT

Avropa İttifaqına (Aİ) üzv olan ölkələr bazar ertəsi danışıqlarda Rusiya neftinin qiymətinin bir barel üçün 62 dollar səviyyəsində müəyyən edilməsini müzakirə ediblər. Bu barədə bazar ertəsi Bloomberg diplomatlara istinadən məlumat yayıb.

FED.az xəbər verir ki, limit qoyulması ilə bağıl hüquqi sənədlər və prosedurlar hazır olsa da, bəzi ölkələr bu qiymətlə razılaşmayıblar.

Xüsusilə Polşa bu qiymətin çox yüksək olduğunu bildirib və tələb edir ki, Rusiya neftinin maksimum qiyməti 30 dolları keçməsin. Baltikyanı ölkələr də Rusiya nefti üçün 62 dollar qiyməti yüksək hesab edirlər.

Tanker daşımalarından asılı olan Yunanıstan, Kipr və Malta kimi ölkələr isə Rusiya nefti üçün daha yüksək qiymət limiti istəyirlər. Qiymət həddi ilə bağlı müzakirələrdə iştirak edən avropalı diplomat bildirib ki, bir barel üçün 12-20 dollar diapazonu ilə Rusiya hasilat xərclərini ödəyə biləcək.

Xatırladaq ki, Rusiya neftinə qiymət limiti qoyulması üçün danışıqlar noyabrın 25-də başlayıb, amma hələlik razılaşma əldə edilməyib. Limitin isə dekabran 5-də qüvvəyə minməsi nəzərdə tutulur.