Makey İrəvanda zəhərlənib? – Sensasion iddia

Makey İrəvanda zəhərlənib? – Sensasion iddia

Belarus XİN rəhbəri Vladimir Makey öz işinin peşəkarı idi. Qərb ölkələri də peşəkarlıq və sabit fəaliyyət istiqamətinə görə Makeyə hörmətlə yanaşırdırlar. Təsadüfi deyil ki, Kanadadan başqa heç bir Qərb dövləti Makeyə sanksiya tətbiq etməmişdi. Ona görə, belə bir güclü siyasi fiqurun qəfil ölümü sui-qəsd ehtimalını səsləndirməyə də yol açır.

Bu sözləri Axar.az-a açıqlaması zamanı professor Qabil Hüseynli deyib. Professor mərhum nazirin öz mövqeyinə görə müxtəlif qüvvələrin hədəfi ola biləcəyini istisna etməyib:

“Vladimir Makey Ukrayna müharibəsində də sağlam mövqe tuturdu və Belarusun müharibəyə qatılmasının, ümumiyyətlə, slavyan xalqları arasında düşmənçilik münasibətlərinin əleyhinə idi. Ona görə, Makeyin aradan götürülməsində maraqlı qüvvələrin olması mümkün ehtimaldır. Fikrimcə, Makeyin İrəvanda KTMT sammiti zamanı zəhərlənməsi versiyası da nəzərdən keçirilməlidir. Tibbi-ekspertiza nəticəsində ortaya çıxan səbəb müxtəlif məsələlərə görə tam açıqlanmaya bilər. Lakin bir müddət sonra Makeyin də ölüm səbəbinin məlum olacağını düşünürəm”.

Qeyd edək ki, Belarusun xarici işlər naziri Vladimir Makey 26 noyabrda 64 yaşında qəfildən vəfat edib. O, ölümündən 3 gün öncə İrəvanda keçirilən KTMT sammitində iştirak etmişdi.