Azərbaycana kiloqramı 27 dollara düyü idxal olunur –

Azərbaycana kiloqramı 27 dollara düyü idxal olunur –

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən Pakistandan Azərbaycana idxal olunacaq düyü 15%-lik gömrük rüsumundan azad ediləcək.

Yeniavaz.com xəbər verir ki, hazırda Pakistandan Azərbaycana idxal olunan düyünün payı digər ölkələrlə müqayisədə aşağıdır.

Bu ilin ilk 9 ayında Azərbaycana xaricdən 43 min ton düyü idxal olunub. İdxal olunan düyünün 936 tonu və ya 2,2%-i Pakistanın payına düşüb.

Ən böyük pay sahibi Hindistan olub. Ümumi düyü idxalının 74%-i və ya 31,7 min tonu Hindistandan gətirilib.

Azərbaycana düyü aşağıdakı ölkələrdən idxal olunub:

Ölkə Ümumi idxal 1 kq-ın dəyəri

Hindistan 31 740,5 min ton 0,92 $

Qazaxıstan 4 874,3 min ton 0,61 $

Rusiya 4 109,2 min ton 0,57 $

Tailand 1 021 min ton 0,75 $

Pakistan 935,5 min ton 0,71 $

Çin 106,1 min ton 0,57 $

Türkiyə 38,8 min ton 1,55 $

Uruqvay 19 min ton 1,1 $

İran 12 min ton 1 $

İtaliya 7,1 min ton 2,5 $

Vyetnam 2,9 min ton 1,1 $

Lüksemburq 2,7 min ton 8,2 $

Rumıniya 2 min ton 0,80 $

Kambociya 0,8 min ton 2,56 $

B. Britaniya 0,62 min ton 2,7 $

Peru 0,02 min ton 2,5 $

Koreya 0,01 min ton 3 $

ABŞ 0,01 min ton 27 $

Açıqlanan məlumatlardan da göründüyü kimi, Pakistandan gətirilən düyünün 1 kiloqramının gömrük dəyəri 71 sent (1,2 manat), Hindistandan gətirilən düyünün 1 kiloqramının gömrük dəyəri isə 92 sent (1,56 manat) olub. Pakistan düyüsü ölkəyə Hindistan düyüsündən 30% daha ucuz daxil olub. 15%-lik gömrük rüsumu ləğv olunduqdan sonra aradakı qiymət fərqi daha çox olacaq.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda düyüyə olan illik tələbat 60 min tondan çoxdur və bunun yalnız 17-18%-i yerli istehsal hesabına təmin olunur.

Onu da bildirək ki, Azərbaycana idxal olunan düyünün 80%-dən çoxu 9 şirkətin – “Veysəloğlu” MMC, “Tamashaee Foods” MMC, “QİDA XXI” MMC, “Best-Tarım” MMC, “Babək” firması – (Babek), “Xudafərin-1” MMC, “Elsaan Group MMC”, “AL market” MMC və “Sun Food” MMC-nin nəzarətindədir.