Neft və qaz konserni Shell, bərpa olunan təbii qaz şirkəti olan Nature Energy-ni 2 milyard dollara almaq üçün Danimarka tərəfdaşları ilə razılığa gəlib.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Shell-in yaydığı bəyanatda deyilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qeyd edilib ki. müqavilə qrupa mövcud müştəri bazasını genişləndirməyə və enerji keçidini sürətləndirməyə imkan verəcək.
"Biz aşağı karbonlu yanacaqların istehsalını genişləndirə və tədarükü artıra biləcəyik", - şirkətin mətbuat xidmətindən bildirilib.
Nature Energy Avropada bərpa olunan təbii qazın ən böyük istehsalçısıdır. Danimarka şirkəti hazırda 14 bioqaz qurğusunu idarə edir. Avropa və Şimali Amerikada daha 30-a yaxın zavodun tikintisi planlaşdırılır ki, bu da ildə təxminən 9,2 milyon barel hasilatı təmin edəcək.