Tovuzda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hərəkətdə olan "Mersedec" markalı minik maşını ilə "VAZ "markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq Tovuz rayon mərkəzi xəstəxansına yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov