MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi - Azərbaycançılıq dünyagörüşünün təbliğatçısı

MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi - Azərbaycançılıq dünyagörüşünün təbliğatçısı

MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi - Azərbaycançılıq dünyagörüşünün təbliğatçısı

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, elmi işlənməsi, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili və aparılması, Azərbaycanın milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədi ilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması işini nəzərdə tutur.

Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşması, ədəbiyyatların siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların MRY-a aid olunması işinin icra edilməsi, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resursların, ardı davam edən nəşrlərdəki müxtəlif dillərdə elmi məqalələrin, həmçinin kitabların Mərkəzi Elmi Kitabxananın e-kataloquna (İRBİS proqramına) daxil edilməsi, İRBİS proqramından çap olunmuş kartoçkaların kartotekaya yerləşdirilməsi işindən ibarətdir.

Cari ilin on bir ayında “Şuşa İli”, “Böyük Qayıdış”, “Xarıbülbül”, “Milli Qəhrəmanlar”, “Xurşidbanu Natəvan – 190”, “Türkiyə-Azərbaycan birliyi”, “Azərbaycan tarixi, mədəniyyəti, siyasəti” və.s mövzuları əks etdirən müxtəlif dillərdə elmi məqalələr, kitab, qəzet, jurnal, nəşri davam edən materiallardan seçilərək biblioqrafik təsviri ənənəvi və elektron kataloqa daxil edilib. Həmçinin son on bir ayda şöbə tərəfindən 4345 retro kitab, 9262 məqalə MEK-in e-kataloquna (İRBİS proqramına) daxil edilib. Həmçinin 2500 sənəd MRY bazasına aid edilib.

Qeyd edək ki, şöbə geniş oxucu kütləsinin Azərbaycana aid informasiya resursları ilə təmin edilməsi üçün ənənəvi və elektron kataloqu bu mövzuda materiallarla daha da zənginləşdirir.

AMEA Mərkəzi Eımi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]