Deputatın qarşısında neçə DÜYMƏ VAR? - Səhv basan millət vəkilinin CƏZASI budur

Deputatın qarşısında neçə DÜYMƏ VAR? - Səhv basan millət vəkilinin CƏZASI budur

Parlamentdə səsvermə zamanı düyməni səhv basmaq məsələsi millət vəkili Erkin Qədrlinin başına gələn məlum hadisədən sonra aktualllaşıb.

Maraqlandıq ki, düyməni səhv basmaq hər hansı intizam məsuliyyəti yaradırmı? Belə vəziyyətdə deputat nə etməlidir? Ümumiyyətlə, deputatın qarşısında neçə düymə var ki, çaş-baş düşsün?

Bu sullarla Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalıya müraciət etdik.

O, Bizim.Media-ya açıqlamasında səsvermə zamanı düymənin səhv basılmasının intizam məsuliyyəti yaratmadığını bildirdi:

MÖVZU İLƏ BAĞLI:

Fəzail Ağamalıdan gülməli TƏKLİF - Olmayan qrupun fəaliyyətini dayandıraq

“Bu sadəcə texniki xətadır. Deputatlardan biri istəmədən səsvermə düyməsini səhv basarsa, onda onun səsi də istəmədiyi yöndə qeydə alınır. Belə olan halda, hansısa qanun layihəsinin lehinə yox, əleyhinə səs vermiş deputat Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq parlament rəhbərliyinə müraciət etməlidir. Bu müraciətdən sonra deputatın istəyi nəzərə alınaraq düzəliş edilir. Və yekun protokolda deputatın istəyinə uyğun qeyd aparılır”.

Fəzail Ağamalı onu da izah etdi ki, səsvermədə yanlışlığa yol verilməsi yaxşı hal olmasa da bəzən qaçılmaz olur:

“Çünki, deputatın qarşısında 4 düymə olur. Bunlardan üçündən layihənin “lehinə”, “əleyhinə” və “bitərəf” qalmaq üçün istifadə edilir. Dördüncü düymədən isə yalnız müstəsna hallarda istifadə edilir. Yəni hansısa məsələyə münasibət bildirmək üçün. Ona görə də düymənin səhv basılması hallarına az da olsa, rast gəlirik”.

Surxay Atakişiyev, Bizim.Media