İranda iki deputatın ofisinə hücum olub

İranda iki deputatın ofisinə hücum olub

İranın Qorqan şəhərində iki deputatın ofisinə hücum olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Qorqan şəhər deputatı Qulamrza Müntəziri deyib.

O bildirib ki, hücum edənlər ofisə bir neçə “Molotov kokteyli” atıblar, giriş bannerini yandırıblar.

Cinayət işi açılıb, araşdırma aparılır.