İranda yeni atom elektrik stansiyasının tikintisinə başlanılıb

İranda yeni atom elektrik stansiyasının tikintisinə başlanılıb

İran cənub-qərbində yerləşən Xuzistan əyalətində 300 meqavat gücündə yeni atom elektrik stansiyasının tikintisinə başlayıb.

xəbər verir ki,İran dövlət televiziyasının xəbərinə görə, Xuzistan əyalətinin Darhovin bölgəsində 300 meqavat gücündə “Karun” atom elektrik stansiyasının təməli prezident müavini və Atom Enerjisi İdarəsinin sədri Məhəmməd İslaminin də iştirak etdiyi mərasimlə qoyulub.

Təzyiqli su reaktoru sistemi ilə işləyəcək elektrik stansiyasının tikintisinin təxminən 8 il çəkəcəyi və 2 milyard dollara başa gələcəyi bildirilir.

Bildirilib ki, stansiya 4 faizədək saflıqda zənginləşdirilmiş uranla işləyəcək.

Mövsüm Şahsuvar