“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Yaxşı oyuna və nəticəyə köklənmişik. Bundan əvvəlki turda qələbəyə yaxın olsaq da, bir xalla kifayətlənməli olduq. Ona görə də indi qələbə qazanmaqdan başqa yolumuz yoxdur”.

“Report”un məlumatına görə, bunu “Kəpəz”in nigeriyalı futbolçusu Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlamasında Premyer Liqanın XVI turunda “Sumqayıt”la keçiriləcək oyunla bağlı danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi dekabrın 4-də Gəncə şəhər stadionunda baş tutacaq qarşılaşmaya yaxşı hazırlaşdıqlarını söyləyib: “Bilirəm ki, azarkeşlərimiz bizdən yalnız qələbə gözləyirlər. Yaxşı heyətimiz var. Komandanın potensialı daha yuxarı pillələrdə yer almağa imkan verir. Futbolçular da özlərinə inanırlar. Bunun sayəsində yaxşı nəticə əldə edəcəyik”.

Ayzaya öz çıxışından da razılıq bildirib: “Göstərdiyim oyundan razıyam. Düşünürəm ki, azarkeşlər də məndən razı qalırlar. “Kəpəz”ə layiqincə xidmət etmək üçün bura gəlmişəm. Mümkün qədər əlimdən gələni edirəm”.

Qeyd edək ki, “Kəpəz” 15 turdan sonra 10 xalla çempionatın 9-cu pilləsində qərarlaşır. Ahmed Ayzaya Gəncə klubunun heyətində Premyer Liqada 13 oyun keçirib, 1 qol vurub.