Peleyə respirator infeksiyası diaqnozu qoyulub

Peleyə respirator infeksiyası diaqnozu qoyulub

Braziliyalı keçmiş futbolçu Peleyə respirator infeksiyası diaqnozu qoyulub.

AZƏRTAC xəbər verir ki, futbol üzrə üçqat dünya çempionu San-Pauludakı xəstəxanaya yerləşdirilib.

82 yaşlı Pele yoğun bağırsağın xərçənginin növbəti dəfə müayinə edilməsi üçün San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya yerləşdirilib, lakin həkimlər komandası ona antibiotiklərlə müalicə olunan respirator infeksiyasına yoluxması barədə diaqnoz qoyub. Hazırda ümumi palatada olan pasiyentin vəziyyəti yaxşılaşıb, reaksiyası adekvatdır.

2021-ci ilin sentyabr ayında Edson Arantis du Nasimentu (Pele) onun yoğun bağırsağında əmələ gəlmiş şişin kəsilib götürülməsi üzrə əməliyyat keçirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid